Son vaxtlar Rusiya və Türkiyə arasında olan soyuq münasibət futbola da təsir göstərməkdədi. Futbolinfo.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının prezidenti Vitali Mutko hətta türk futbolçuların adıçəkilən ölkənin çempionatında çıxışına da qadağa qoyub.
Amma bu qadağa yerli “Rubin” klubunda çıxış edən Gökdəniz Şaradənizə şamil olunmayacaq. Federasiya rəhbəri türk futbolçu haqda yerli telekanallara bunları deyib: “Qaradənizə rus da deyə bilərik, çox yaxşı insandı. Hamı onun kimi olsaydı, hər şey çox yaxşı olardı.
Bundan başqa, Mutko DÇ-2018 üçün Rusiyada stadionların inşaasında iştirak edən türk şirkətləri barədə də danışıb. O, qarşı tərəflə müqavilələri olduğuna görə işbirliyinin davam edəcəyini bildirib.