Topaz Premyer Liqasının son turunda “Xəzər Lənkəran”ı (1:0) məğlub edən “Zirə” çalışmalarını ara vermədən davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qartallar” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-la keçiriləcək görüşə hazırlırlaşır.
Paytaxt təmsilçisi bu oyuna itkisiz hazırlaşır. Yalnız ötən oyun qırmızı vərə alan salvadorlu hücumçu Nelson Bonilya cəzalıdı. O da cəzasını Premyer Liqa matçında çəkəcək. Qərar kuboka şamil olunmur.
Qeyd edək ki, sözügedən qarşılaşma ayın 2-i, saat 15:00-da “AZAL Arena”da baş tutacaq.
Shares: