Bu gün Topaz Premyer Liqasında 14-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Rəvan"la 1:1 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib: 
“Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu  bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”. 
Shares: