Bu gün Topaz Premyer Liqasında 14-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Rəvan"la 1:1 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov heç-heçəni belə şərh edib: 
“Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir eləmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduk. Təəssüf ki sonda qol buraxdıq”. 
Shares: