Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb..      
 
Adıçəkilən komanda doğma meydanda "Leiptsiq"lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən tur qırmızı vərəqə ilə cəzalandırılan Nazarov isə bu matçı buraxmalı olub.
 
Qeyd edək ki, "Karlsrue" 19 xalla 12-ci yerdə qərarlaşıb.
Shares: