“Xəzər Lənkəran” bir gün istirahət etdikdən sonra yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün Lənkəranda toplanaraq, hazırlıqlara başlayıb. 
Amma məşqlərdə tam heyət iştirak edə bilməyib.  Belə ki, zədəli Elnur Cəfərov və İlyas Səfərzadə ilə yanaşı, hazırda Bakıda olan Sadio Tounkara hazırlıq prosesinə qatılmayıblar. Müalicə alan Elnur MRT müayinəsindən keçsə də, növbəti oyunda meydana çıxıb çıxmayacağı hələ məlum deyil. “Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən Rahid Əmirquliyev və Tural Cəlilov isə hazırda komanda ilə birlikdədirlər.
Xatırladaq ki, “Xəzər Lənkəran” dekabrın 2-də Azərbaycan Kubokunun 18 final mərhələsində doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək.
(12cioyuncu.info)
Shares: