İngiltərənin “Arsenal” klubu hələ də zədə sindiromundan yaxa qurtara bilmir. Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin daha bir oyunçusu sıradan çıxıb.
“Topçular”ın futbolçusu Santi Kasorla Premyer Liqanın son turunda “Norviç”lə (1:1) görüşdə zədələnib. İspan yarımmüdafiəçi 3 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, paytaxt klubunun heyətində Aleksis Sançez, Loran Kosielni, Mikel Arteta, Tomaş Rositiski, Denni Uelbek, Cek Uilşir və Frensiz Koklen zədədən əziyyət çəkir.