Dünən  Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Turan”ı (1:3) məğlub edən “İnter” bu gün istirahətdədi. Futbolinfo.az xəbər verir ki, bakılılar sabahdan məşqlərini bərpa edəcək.
Tovuzdakı qarşılaşmadan sonra bakılıların zədəli futbolçularının siyahısına biri də əlavə olunub. Belə ki, Zurab Xizanişvilinin yüngül ağrıları var. Bundan başqa, əməliyyatdan sonra əl əsası ilə hərəkət edən hücumçu Rauf Əliyev artıq yeriməyə başlayıb. Heyətdə olan digər zədəlilər – Mirhüseyn Seyidov, İvan Benitez və Nika Kvekveskirinin də növbəti turda “Qarabağ”a qarşı oynayacağı gözlənilmir.
Qeyd edək ki, Zaur Savanadzenin komandası ayın 6-ı, saat 18:30-da səfərdə – Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Qarabağ"la üz-üzə gələcək.
Shares: