Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Qəbələdə şəhərin eyniadlı komandası “Mil-Muğan”ı qəbul edir. Futbolinfo.az xəbər verir ki, hazırda matçın keçirləcəyi stadionu qatı duman bürüyüb.
Məsələylə bağlı PFL və “Qəbələ” klubu ilə əlaqə saxladıq. Onlardan aldığımız məlumata görə, bu dəqiqə qarşılaşmanın təxirə salınması ilə bağlı hələ ki, söhbət getmir.
“Qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında bunları bildirdi: “Hazırda stadionu duman bürüyüb. Lakin künc bayraqlarını, meydançanın xətlərini və qapıları görmək mümkündü. Vəziyyət dəyişkəndi. Duman gah çoxalır, gah da azalır. Matçın təxirə salınması 1 dəqiqənin işi deyil. Hakimlər və AFFA nümayəndələri təxminən 10 dəqiqəyə yaxın müzakirələr aparıb, bu qərara gəlməlidilər. Hələ ki, gözləyirik”.
Qeyd edək ki, sözügedən oyun saat 17:00-da start götürəcək.