FİFA İcraiyyə Komitəsi dünya çempionatının final mərhələsi iştirakçılarının sayını 40-a qədər artırılması mövzusunda müzakirələr aparacaq. Futbolinfo.az xəbər verir ki, bu cür qərar Sürixdə bu gün keçiriləcək iclasda çıxarıla bilər.
Qərar qəbul edilərsə, 2026-cı ilin dünya çempionatından etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, mundial iştirakçıların hazırki sayı 32-di. Bu say 1998-ci ildən tətbiq olunur. Bunadək isə dünya çempionatlarının final mərhələsində 24 yığma mübarizə aparırdı.