Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Rəvan” – “Bakı” qarşılaşmasında maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, meydançanın ətrasfındakı reklam lövhələrindən biri küləyin şiddətinə tab gətirməyərək, qırılıb.
Üzərinə sponsor şirkətin reklamı əks olunan lövhəni külək meydançaya sürükləyib. Baş hakim Əliyar Ağayevin oyunu saxlamasına səbəb olan bu epizodun sonunda hər iki komandanın futbolçuları köməkləşərək, lövhəni meydançanın kənarına çıxarıblar.
Qeyd edək ki, hazırda görüşün 2-ci hissəsi gedir və meydan sahibləri 1:0 hesabı ilə öndədilər.