Azərbaycan Kubokunun son ¼ finalçısı olan “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov “Bakı” üzərində 1:0 hesablı qələbəni şərh edib. Futbolinfo.az xəbər verir ki, eyni kluba təyinat almaq üzrə Azərbaycanda mütləq rekordçu olan çalışdırıcının mətbuat konfransında yalnız futbolinfo.az saytı iştirak edib:
– Hava şəraiti və rəqibi nəzərə alaraq, oyunçulara tapşırmışdım ki, ilk 15 dəqiqədə rəqibə şans verməsinlər. Çünki onların motivasiyası daha yüksək idi. Doğrudu, futbolçularımız ilk yarıda verilən tapşırıqlar sonadək yerinə yetirə bilmədilər. Fasilədən sonra isə daha çox oyuna diqtə edə bildik, qol imkanları yaxaladıq. Ancaq nəzərə alaq ki, bu cür hava şəraitində oynayamq olduqca çətindi. Üstəlik 5 oyunçumuz zədəli idi. Bu gün meydanda mübarizə aparan hər bir oyunçumuza təşəkkürümü bildirirəm.
 
– Kubokdakı məqsədiniz nədən ibarətdi?
– Çempionatda uğur əldə etmək olduqca çətindi. Çünki 36 oyun keçirməlisən. Ancaq bubokda belə deyil. Ən azından finala yüksəlib, avrokuboklara vəsiqə əldə etmək istəyirik.
– Bu futbolçularla?
– Qışda heyətimizi gücləndirəcəyik. Klubun büdcəsi də artırılacaq. Dörd əcnəbi dəvət edəcəyik. Ən azından 3 legioneri sıralarımıza qatacağıq. Söhbət Portuqaliyada oynayan futbolçulardan gedir.
Shares: