Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun futbolçusu Giyom Jille  yerli mətbuata açıqlama verib. Fuftbolinfo.az xəbər verir ki, belçikalı müdafiəçi komandasının yoğun olmasından və sıx qrafikdən danışıb. 
31 yaşlı təcrübəli futbolçu “Qarabağ”la matç haqqında fikirlərini bildirərkən, həmin oyunda 1 qol vuracaqları halda növbəti mərhələyə keçə biləcəklərini sözlərinə əlavə edib: “Bizim 3 gündən bir oynamağımız bütün matçlarda öz təsirini göstəririr. Həm çempionat, həm kubok, həm də Avropa Liqasında oynamaq çox çətindir. Bunun üçün güclü xarakter lazımdır. Bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Həmin oyun çox vacibdir. Fikrimcə, biz Azərbaycan klubu ilə matçda 1 qol vursaq, növbəti mərhələyə adlayacağıq”. 
 
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüsseldəki “Konstant Vanden Stok”  stadionunda baş tutacaq.
Shares: