Topaz Premyer Liqasının növbəti turunda “Zirə” səfərdə “Neftçi”nin qonağı olacaq “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qartallar” bu görüşə itkilərlə hazırlaşır.
Belə ki, AZAL-la kubok oyununda zədələnən braziliyalı yarımmüdafiəçi Edu (Eduardo Makiel) “ağ-qaralar”la görüşü buraxacaq. Yarımmüdafiəçi 1 həftə sonra məşqlərə başlayacaq. Bundan başqa, cəzalı olan hücumçu Nelson Bonilla da “Neftçi” ilə oyunu cəza səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma dekarbın 6-ı, saat 16:00-da “Bakcell Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp