Futbol üzrə Azərbaycan I Divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib.  Futbolinfo.az xəbər verir ki, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib. 
“Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp