Topaz Premyer Liqasının növbəti turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Qəbələ” itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın qapıçısı Dimitri Bezastosnı barmağından zədələnib.
Bu haqda məlumatı sözügedən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev verib. O, ukraynalı qoliperin ili erkən başa vurduğunu və komandaya yalnız Antalyadakı qış təlim-məşq toplanışında qoşulacağını bildirib.
Qeyd edək ki, ötən ay da zədə alan Bezotosnı Dortmund "Borussiya"sı ilə səfər oyununda komandasına kömək edə bilməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp