Sabah Topaz Premyer Liqasında 15-ci tur start götürəcək. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Bu matçlardan ikisi paytaxtda, digəri isə əyalətdədi.
6 dekabr
 
“Neftçi” – “Zirə”
16:00,  “Bakcell Arena” 
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Əgər qarşılaşma təxminən 1 ay əvvəl keçirilsəydi görüşün favoriti kimi qonaqları göstərmək olardı. Amma Əsgər Abdullayevin gəlişindən sonra meydan sahiblərinin oyununda irəliləyiş əldə olunub. Əbəs yerdə deyil ki, məhz Abdullayevin rəhbərliyi altında komanda 3 oyunu qol buraxmadan qalib kimi tərk edib. Qonaqlar isə ənazı məğlub olmamağa çalışacaqlar. Onların qazanacağı qələbə komandanı 2-ci pilləyə yüksəldə bilər. Təbii ki, bunun üçün hazırda 2-ci pillədə olan “İnter” çətin “Qarabağ” səfərində xal itirməlidi. 
“Neftçi” – “Zirə”: 1 oyun, +0=0-1, top fərqi – 0:2
03.10.2014. Zirə (Bakı) – Neftçi (Bakı) 2:0
BU MÖVSÜM… 
 … “Neftçi” öz meydanında: 7 oyun, 2 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 7:7 
… “Zirə” səfərdə: 6 oyun, 1 qələbə,  1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 6:10 
İlk dövrədəki oyun – 0:2    
OYUNDAN NOTLAR  
•  Cəza səbəbindən Nelson Bonilya (“Zirə”) matçı buraxacaq. 
•  Kamal Qurbanov (“Neftçi”) və İqor İvanov (“Zirə) cəza həddindədi. 
•  Zədə səbəbindən Məqsəd İsayev, Salas Qiunta (hər ikisi “Neftçi”) və Edu (“Zirə”) oyunu buraxacaq. 
•  Son turu cəza səbəbindən buraxan Aleksandr Şemonayev (“Zirə) sıraya dönüb 
HAKİM
151001113850 ramil diniyev2 - Futbolinfo.az
Bu, Ramil Diniyevin cari çempionatda 8-ci təyinatıdı. Referi indiyədək adıçəkilən komandaların hərəsinin 2 qarşılaşmasında fit çalıb. Ədalət təmsilçisi 3-cü dəfə “Neftçi”nin “Sumqayıt”la (2:1) ev matçını idarə etmiş və tərəflərə 2 sarı vərəqə göstərmişdi. Diniyevin “ağ-qaralar”ın səfərdə AZAL-a 1:2 hesabı ilə məğlub olduğu oyunda hər 2 tərəfin 3 futbolçusuna sarı vərəqə föstərmiş bundan başqa, qonaq komandanın qapısına 2 penalti təyin etmiş və Jairo Filyonu meydandan qovmuşdu. Fit sahibinin “qartallar”la yolu 2 dəfə kəsişib. Maraqlıdı ki, bu oyunlar “Zirə”nin ölkə çempionatında məğlub olduqları yeganə qarşılaşmalardı. Ədalət təmsilçisi zirəlilərin səfərdə “Qarabağ” (1:4) və “Rəvan”a (0:1) məğlub olduğu oyunda Zirə təmsilçisinə və onların rəqiblərinə 8 sarı vərəqə göstərib ki, cəzalanan futbolçuların sayı hər tərəfdə 4-ə bərabərdi.
 
“Xəzər Lənkəran” – “Qəbələ”
16:00, “Xəzər Lənkəran” mərkəzi stadionu
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qonaqlar qarşılaşmanın favoritidi. Məşq etməyə futbolçu tapa bilməyən cənublular rəqibi ilə oyunda surpriz göstərməyə çalışacaq. Bu rəqibləri ilk dövrədəki oyunuda “ağ-yaşıllar”ın ölkə çempionatları tarixində ən böyük hesablı məğlubiyyəti kimi yadda qalıb – 0:6. Bu həm də “qırmızı-qaralar”ın sözügedən yarışda ən böyükhesablı qələbəsidi. Artıq 6 turdu heç kimə qalib gələ bilməyən Roman Qriqorçukun komandası bu uğursuz seriyaya son qoymağa çalışacaq. Xatırladaq ki, ukraynalı mütəxəssis bu posta yeni təyin olanda da uğursuzluq seriyasına məhz lənkəranlılarla oyund son qoymuş və komandası ardıcıl 15 matçda heç kimə yenilməmişdi. 
“Xəzər Lənkəran” – “Qəbələ”: 27 oyun, +13=6-8, top fərqi – 36:30
09.12.2006    Xəzər Lənkəran – Gilan (Qəbələ)    4:0
23.05.2007    Gilan (Qəbələ) – Xəzər Lənkəran    0:3
30.09.2007    Xəzər Lənkəran – Qəbələ    2:1
05.04.2008    Qəbələ – Xəzər Lənkəran    1:1
15.11.2008    Qəbələ – Xəzər Lənkəran    0:1
03.05.2009    Xəzər Lənkəran – Qəbələ    1:2
19.09.2009    Qəbələ – Xəzər Lənkəran    1:1
19.12.2009    Xəzər Lənkəran – Qəbələ    1:0
12.03.2010    Xəzər Lənkəran – Qəbələ    4:1
17.04.2010    Qəbələ – Xəzər Lənkəran    1:2
07.08.2010    Xəzər Lənkəran – Qəbələ    1:0
06.11.2010    Qəbələ – Xəzər Lənkəran    1:0
23.09.2011    Xəzər Lənkəran – Qəbələ    2:1
21.02.2012    Qəbələ – Xəzər Lənkəran    2:1
07.04.2012    Qəbələ – Xəzər Lənkəran    0:1
05.05.2012    Xəzər Lənkəran – Qəbələ    1:1
21.10.2012    Xəzər Lənkəran – Qəbələ    1:1
23.02.2013    Qəbələ – Xəzər Lənkəran    2:0
31.08.2013    Qəbələ – Xəzər Lənkəran    2:0
10.11.2013    Xəzər Lənkəran – Qəbələ    0:0
15.02.2014    Qəbələ – Xəzər Lənkəran    2:3
05.04.2014    Xəzər Lənkəran – Qəbələ    1:0
28.09.2014    Qəbələ – Xəzər Lənkəran    1:1
07.12.2014    Xəzər Lənkəran – Qəbələ    3:0
19.02.2015    Qəbələ – Xəzər Lənkəran    3:1
25.04.2015    Xəzər Lənkəran – Qəbələ    0:1
04.10.2015    Qəbələ – Xəzər Lənkəran    6:0
BU MÖVSÜM… 
 … “Xəzər Lənkəran” öz meydanında: 7 oyun, 2 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 6:8 
… “Qəbələ” səfərdə: 5 oyun, 3 qələbə,  1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 9:4 
İlk dövrədəki oyun – 0:6    
OYUNDAN NOTLAR  
•  Cəza səbəbindən Elşən Rzazadə (“Xəzər Lənkəran”) matçı buraxacaq. 
•  Kamran Abdullazadə, İlyas Səfərzadə (hər ikisi “Xəzər Lənkəran”) Ürfan Abbasov, Elvin Camalzadə, Ruslan Abışov və Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”) cəza həddindədi. 
•  Zədə səbəbindən Orxan Əliyev, Adrian Skarlatake, Kazım Kazımlı və İlyas Səfərzadə (hamısı “Xəzər Lənkəran”) və Dimitri Bezatosnı (“Qəbələ”) oyunu buraxacaq. 
•  Son 3 qarşılaşmada “Qəbələ” qalib gəlib.
•  İlk dövrədə Qəbələdə qeydə alınan nəticə (6:0) cari mövsümün ən fərqli hesabıdı.
HAKİM
omer - Futbolinfo.az
Bu, Ömər Paşayevin cari çempionatda 5-ci təyinatıdı. Referi indiyədək “Qəbələ”nin 1 qarşılaşmasında fit çalıb. “Qırmızı-qaralar”ın 5-ci turda “Sumqayıt”la (1:0) matçında o, meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə göstərib. Məhz Paşayevin matçın artırılma dəqiqələrində təyin etdiyi penalty meydan sahiblərinə 3 xal qazandırmışdı. Ədalət təmsilçisinin cari mövsümd “gəmiçilər”lə yolu isə ilk dəfədi ki, kəsişir.
“Qarabağ” – “İnter”
18:30, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev 
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Gülağa Cabarov
Təbii ki, bu matçın favoriti olaraq son çempion "Qarabağ"ın adını çəkmək olar. Qurban Qurbanovun komandası qalib gəlməklə turnir cədvəlində əsas rəqiblərindən olan “İnter”lə xal fərqini artırmaq, digərləri ilə isə eyni saxlamaq üçün mübarizə aparacaq. “Bankirlər” isə bu görüşdə qalib gəlsə, ilk pillə uğrunda mübarizədə ən yaxın rəqibi ilə xal fərqini 5-ə endirib, mövqeyini əldən verməyə bilər. 
“Qarabağ” – “İnter” : 44 oyun, +19=15-10, top fərqi – 49:28
12.03.2000    Xəzər Universiteti (Bakı) – Qarabağ (Ağdam)    0:0
20.05.2000    Qarabağ (Ağdam) – Xəzər Universiteti (Bakı)    2:0
16.09.2000    Qarabağ (Ağdam) – Xəzər Universiteti (Bakı)    3:0
31.03.2001    Xəzər Universiteti (Bakı) – Qarabağ (Ağdam)    0:0
08.09.2001    Xəzər Universiteti (Bakı) – Qarabağ-Azərsun (Ağdam)    1:2
01.12.2001    Qarabağ-Azərsun (Ağdam) – Xəzər Universiteti (Bakı)    1:2
23.03.2002    Xəzər Universiteti (Bakı) – Qarabağ-Azərsun (Ağdam)    1:1
15.06.2003    Qarabağ-Azərsun (Ağdam) – Xəzər Universiteti (Bakı)    3:1
16.11.2003    Xəzər Universiteti (Bakı) – Qarabağ-Azərsun (Ağdam)    0:2
06.11.2004    Qarabağ (Ağdam) – İnter (Bakı)    3:1
12.04.2005    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:0
29.10.2005    İnter (Bakı) – Qarabağ (Ağdam)    2:0
16.04.2006    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:0
26.11.2006    Qarabağ (Ağdam) – İnter (Bakı)    0:1
18.05.2007    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:0
28.10.2007    Qarabağ (Ağdam) – İnter (Bakı)    0:1
19.04.2008    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:0
15.11.2008    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:1
03.05.2009    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:1
07.11.2009    İnter (Bakı) – Qarabağ (Ağdam)    2:1
17.02.2010    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:1
27.03.2010    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:1
01.05.2010    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:1
11.09.2010    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:0
04.12.2010    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:0
12.03.2011    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:2
24.04.2011    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:0
14.08.2011    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:0
20.11.2011    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:0
07.04.2012    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:1
05.05.2012    Qarabağ (Ağdam) – İnter (Bakı)    1:0
05.08.2012    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:1
03.03.2013    Qarabağ (Ağdam) – İnter (Bakı)    0:0
13.04.2013    Qarabağ (Ağdam) – İnter (Bakı)    3:2
09.05.2013    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:0
04.08.2013    İnter (Bakı) – Qarabağ (Ağdam)    1:2
20.12.2013    Qarabağ (Ağdam) – İnter (Bakı)    2:0
16.03.2014    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:3
07.05.2014    Qarabağ (Ağdam) – İnter (Bakı)    4:1
16.08.2014    Qarabağ (Ağdam) – İnter (Bakı)    0:0
29.10.2014    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:0
02.04.2015    Qarabağ (Ağdam) – İnter (Bakı)    0:0
22.05.2015    İnter (Bakı) – Qarabağ (Ağdam)    2:1
04.10.2015    İnter (Bakı) – Qarabağ (Ağdam)    0:2
BU MÖVSÜM…
 … “Qarabağ” öz meydanında: 6 oyun, 5 qələbə, 1 heç-heçə, top fərqi – 12:2
… “İnter” səfərdə: 7 oyun, 1 qələbə,  5 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 4:5 
İlk dövrədəki oyun – 2:1   
OYUNDAN NOTLAR 
•  Cəza səbəbindən Denis Silva (“İnter”) matçı buraxacaq.
•  Heç kim cəza həddində deyil.
•  Zədə səbəbindən Rəşad Sadıqov, Reynaldo, Əlhərbi Əl-Jadeyui, Ansi Aqolli (hamısı “Qarabağ”), Rauf Əliyev, Nika Kvekveskiri, Mirhüseyn Seyidov və İvan Benitez (hamısı “İnter”) oyunu buraxacaq.
• “Qarabağ” son 20 qarşılaşmada 1 dəfə uduzub.
• “İnter” 8 ildir səfərdəki 13 matçda qalib gəlməyib.

 
HAKİM
eliyar referi - Futbolinfo.az
Bu, Əliyar Ağayevin cari çempionatda 8-ci təyinatıdı. Referi indiyədək “Qarabağ”ın 1 qarşılaşmasında fit çalıb. “Ağdamlıların 1-ci turda səfərdə “Qəbələ”ylə (2:2) matçında o, hər iki tərəfin 1 futbolçusuna sarı vərəqə göstərib. Ədalət təsilçisi bundan başqa “qırmızı-qaralar”ın 1 futbolçusunu da meydandan qovmuşdu. Bundan başqa, fit sahibinin əmin görüşdə qəbələlilərin qapısına təyin etdiyi penaltini Riçard Almeyda qola çevirmişdi.  Ağayevin “təyyarəçilər”lə yolu isə ilk dəfədi ki, kəsişir.  
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp