Son turun “Rəvan” – AZAL oyununa futbol deyə biləriksə, o zaman Topaz Premyer Liqası da yəqin ki, dünya çempionatıdı. Başqa cür mümkün deyil – belə bir səviyyəli matç yalnız böyük turnirin qarşılaşması ola bilər.
Paytaxt klublarının rəhbərliyini deyə bilmərəm, amma mən futbol yazarı, lap elə azarkeş, tamaşaçı olaraq “Bayıl Arena”dakı matça görə xəcalət çəkdim. Düzdü, autsayderlərin oyununda zövq verməyən futbol izləyə bilərsən, ancaq bu qədər də yox. Usta futbolçuların yoxluğunda meydna sanki həvəskarlar çıxmışdı. Sonucu təsadüfə hesablanan, məntiqə söykənməyən “vur qabağa matçı”.
Doğrudu, AZAL-da məşqçi işi, komanda oyunu nisbətən seçilirdi. Lakin futbolçuların ustalıq səviyyəsinin olmaması, xüsusilə ön xəttin yarıtmazlığı “təyyarəçilər”in qol, qələbə arzusunu gözündə qoydu. Aleksandr Qrulinin matçın startında zədələnib meydanı tərk etməsi ilə baş məşqçi Tərlan Əhmədovun kiçik ümidləri dı suya düşdü.
“Rəvan” haqda isə danışmağa dəyməz. Doğrusu, dünənki matça baxandan sonra bu komandanın kubokla birgə son 5 oyunda niyə uduzmadığını anlaya bilmirəm. Xüsusilə “Qəbələ”nin öz meydanında bu komandaya necə xal  verdiyi mənim üçün müəmmadı. Amma əmin ola bilərsiz ki, Bəhmən Həsənovun bəxtlə xal qazanmaq limiti dolub, elə növbəti turda Gəncədə “aslanlar”ın dovşan günləri başlayacaq və komanda son pillədə möhkəmlənəcək. Komanda autsayder qonşusu ilə görüşdə bu qədər acizdisə, başqa sonluq mümkün deyil.
AZAL-ın qaopıçısı Stanislav Namaşkonun əlinə top 62-ci (!!!) dəqiqədə dəydi. Faciəvi faktdı deyilmi? Ümumiyyətlə, bunadək təhlükəli epizod yarada bilməyən meydan sahiblərinin hətta təsadüfi künc zərbələri zamanı da top cərimə meydançasına daxil olmur, cərimə meydançası xətti üəzrində dayanan müdafiəçilərdən dönürdü. Son yarım saatda komanda təzyiqi bir qədər artırsa da, real şans qazanmadı. AZAL-ın isə ara-sıra təhlükəli hücumları olurdu, həmin epizodlarda hücum xəttindəki yarıtmaz futbolçular şansları sağa-sola xərcləyirdi.
Matçın qəhrəmanları “Rəvan”da Saşa Yunisoğlu, AZAL-da Rail Məlikov idi. Təsəvvür edirsiz, tay-tuşları məşqçi işləyən, neçə vaxt futbolsuz qalan 40 yaş həddindəki veteranlardan danışırıq. Digər futbolçular o qədər səviyyəsizdi ki, onlar sırf təcrübələri hesabına oyunu idarə edir, rəhbəri olduqları müdafiə xəttini problemdən qoruyurdular. 1-2 oyunçunu çıxmaq şərtilə bu futbolçulardan heç biri hər hansı elita təmsilçisini gücləndirə bilməz. Bəh-bəhlə danışdığımız gənclərə isə qətiyyən ümid etmək olmaz.
Yalnız sağa dönməyi bacaran, matçı təkayaqla keçirən, sürətdə aşkar uduzan Qvanzav Maqomedov, qoşqu dartırmış kimi qaçan İlqar Ələkbərov, sanki kötük itələyən kimi yeriyən Tagim Novruzov, kərpickəsən kişiyə bənzəyən Cəmşid Məhərrəmov, zəif batareyayla işləyən təsəvvürü yaradan Ruslan Tağızadə… Sən Allah, bunları kim gətirib bizim klublara? Çıxarılması bu qədər can alan neftin pullarını kimlərə yedirdirik?
Təəssüf, Haqqında danışdığımız oyun Premyer Liqanın 10 komandasından ikisinin görüşü idi. 4-5 ötürməni ardıcıl verə bilməyən komandaların…
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp