Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Xəzər Lənkəran” – “Kəpəz” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.       
AZAL – “Zirə” matçının 60-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, kluba 2000 manat cərimə kəsilib.
“Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra qonaq komandanın rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
“Qəbələ”  – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp