Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 15-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb. 
“Neftçi” – “Zirə” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
       
“Sumqayıt” – "Kəpəz" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki kluba 1000 manat cərimə kəsilib. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.
“Rəvan” – AZAL matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp