Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 15-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.    
“Neftçi” – “Zirə” matçında qonaqların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Həmin oyunun 90+2-ci dəqiqəsində “Zirə”nin futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 100 manat cərimə kəsilib.
“Xəzər Lənkəran”  – “Qəbələ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp