Samir Əliyevin gedişindən sonra “Neftçi” yə gələn Əsgər Abdullayev uğurlu nəticələr qazansa da, klub rəhbərliyi baş məşqçi postuna qış fasiləsi zamanı əcnəbi mütəxəssis gətirəcəyini dəfələrlə bildirib. Futbolinfo.az xəbər verir ki, hazırda bu yöndə axtarışları davam etdirən paytaxt təmsilçisinin gürcüstanlı mütəxəssis Şota Arveladze ilə maraqlandığı deyilir.
Hətta onunla danışıqlar aparıldığı haqda da məlumatlar var. Lakin saytımıza açıqlama verən Arveladze bunu təkzib edib. Təcrübəli mütəxəssis bildirib ki, hələlik belə bir şey yoxdur: “Bundan xəbərim yoxdur. Ümumiyyətlə, hələ heç bir danışıq olmayıb. Bu xəbərlərin hardan qaynaqlandığını da deyə bilmərəm. Əgər belə bir şey olsa, məlumat verəcəm”.
Qeyd edək ki, Arveladze daha çox Türkiyədəki məşqçilik fəaliyyəti ilə tanınır. O, "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor" komandalarını çalışdırıb. Hazırda isə işsizdir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp