Rəşad Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib. Futbolinfo.az xəbər verir ki, onun yubiley oyunu Topaz Premyer Liqasının XV turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib. 
Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.
Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AZAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.
Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.
 
Mövsüm
klubu
Oyun
qol
1999/2000
Xəzər Universiteti (Bakı)
6
1
2000/01
Xəzər Universiteti (Bakı)
18
3
2001/02
Xəzər Universiteti (Bakı)
21
5
2003/04
Xəzər Universiteti (Bakı)
15
3
2004/05
Xəzər Lənkəran
26
2
2005/06
Xəzər Lənkəran
24
 
2006/07
Xəzər Lənkəran
23
4
2007/08
Xəzər Lənkəran
24
4
2008/09
Xəzər Lənkəran
18
2
2009/10
Neftçi (Bakı)
26
2
2010/11
Neftçi (Bakı)
26
7
2011/12
Neftçi (Bakı)
27
7
2012/13
Qəbələ
25
5
2013/14
Rəvan (Bakı)
16
0
2013/14
AZAL (Bakı)
14
0
2014/15
AZAL (Bakı)
28
7
2015/16
Zirə (Bakı)
13
2
Cəmi
 
350
54

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp