Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı sonuncu turun matçından danışıb. 
“Sambaçı” qeyd edib ki, bu matça qrup mərhələsinin xoş sonluqla bitirmək üçün çıxacaqlar: “Krasnodar”a qarşı oyunda mərhələ adlamaq şansımız olmasa da, bir şey  axtarıb tapmalıyıq. Ən azından qrup mərhələsini qələbə ilə başa vurmaq olar. Avropa Liqasındakı iştirakımızı xoş sonluqla biriməliyik. Ümumiyyətlə, bu turnirdə çıxışımızı müsbət qiymətləndirirəm. Çünki biz Avropada təcrübə qazandıq. Kifayət qədər böyük komandalarla rəqib olduq. Azərbaycan komandası üçün ilk dəfə qatıldığı turnirdə daha artığını etmək çətin idi. Amma inanıram ki, qarşıda daha yaxşı olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp