Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki,  Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu dəfə ancaq 1 klub belə cəzaya məruz qalıb.
(5 dekabr 2015-ci il) U-14 Liqasının “Xəzri” İK (Bakı) – “Zirə” matçında qonaq komanda iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Belə qərar həvəskar liqası ilə bağlı da verilib. (6 dekabr 2015-ci) Azərbaycan Həvəskarlar liqasının “Suraxanı” (Bakı) – “Old-school” (Bakı) matçında qonaq komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp