“Barselona”nın futbolçusu Neymar noyabr ayının ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu bu mükafatı sözügedən klubda qazanan ilk oyunçu olub.
Qeyd edək ki, 2013-cü ildən bəri təqdim olunan mükafat ilk dəfə bir “Barselona”lı futbolçuya verilib. Buna qədər katalonlar hətta ötən mövsüm çempion olanda və hücum üçlüsü Messi, Suares və Neymar birlikdə 81 qol vurmasına baxmayaraq, heç bir futbolçusu bu mükafatı ala bilməmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp