Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində “Qarabağ” səfərdə “Anderlext”lə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, sözügedən oyununa bilet satışı davam edir.
Belçika mətbuatının yazdığına görə, indiyədək 17 min bilet satılıb. Satışda isə cəmi 1500 bilet var.
Maraq üçün bildirək ki, matçın keçiriləcəyi "Konstant Vandenstok" stadionu bütövlükdə 28 000 azarkeş tutumuna malikdir. Amma avrokubok oyunlarında bu say 21 845-ə  endirilir. Həmçinin qonaq komanda üçün nəzərdə tutulan fan-sektorun boş qalacağı da bildirilir.
Qeyd edək ki, sözügedən qarşılaşma ayın 10-u, saat 00:05-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp