Topaz Premyer Liqasının XVI turunun hazırlığını davam etdirən “Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçirir. Futbolinfo.az xəbər verir ki, təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL-la səfər matçını dekabrın 13-də keçirəcək "ağ-yaşıllar" gündə bir dəfə olmaqla hazırlığı doğma şəhər keçirib ayın 12-də paytaxta yola düşəcək. 
Zədəli futbolçulardan İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə komandasına bu matçda kömək edə bilməsə də cəzasi bitən Elşən Rzazadə AZAL-la matçda heyətdə öz yerini tuta biləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp