Dünən Çempionlar Liqasında A, B, C və D qruplarında mübarizəyə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, baş tutan oyunlardan sonra “Real”, PSJ, “Volfsburq”, PSV, “Benfika”, “Atleitko”, “Mançester Siti” və “Yuventus” pley-off mərhələsinə vəsiqə qazanıb. Bundan başqa, “Şaxtyor”, “Mançester Yunayted”, “Qalatasaray” və “Sevilya” isə Avropa Liqasında mübarizəni davam etdirəcək. 
Gecə baş tutan görüşlərdə bir sıra maraqlı nəticələr də qeydə alınıb. Belə ki, “Mançester Yunayted” Almaniyada “Volfsburq”un müqavimətini qıra bilməyib. Qeydə alınan nəticədən sonra Lui van Qalın yetirmələri ÇL-də mübarizəni dayandırıb. Onlar yoluna AL-də davam edəcək. Elə Türkiyə təmsilçisi “Qalatasaray” da “qırmızı şeytanlar” kimi Avropanın 2-ci dərəcli klub turnirində çıxış edəcək.
 
Turun digər oyununda isə “Real” evdə “Malmö”yə divan tutub – 8:0. Bununla da madridlilər ÇL tarixində ən böyükhesablı qələbə qazanan komanda kimi “Liverpul”un rekorduna şərik oldu. Xatırladaq ki, “qırmızılıar” 2007-ci ildə qrup mərhələsində “Beşiktaş”ı eyni hesabla rüsvay etmişdi.
Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
A qrupu
PSJ (Fransa) – “Şaxtyor” (Ukrayna) – 2:0
QOL:
Lukas, 57, İbrahimoviç, 86
 
“Real” (Madrid, İspaniya) – “Malmö” (İsveç) – 8:0
QOL:
Benzema, 12, 24, 74, Ronaldo, 39, 47, 50, 59, Kovaçiç, 70
B qrupu
“Volfsburq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) – 3:2
QOL:
Naldo, 14, 84, Vierinyo, 29 – Martial, 10, Gilavogi, 82 (öz qapısına)
 
PSV (Hollandiya) – MOİK (Moskva, Rusiya) – 2:1
QOL:
De Yonq, 78, Propper, 85 – İqnaşeviç, 76 (pen.)
C qrupu
“Benfika” (Portuqaliya) – “Atletiko” (İspaniya) – 1:2
QOL:
Mitroğlu, 75 – Nigez, 33 Vietto, 55
 
“Qalatasaray” (Türkiyə) – “Astana” (Qazaxıstan) – 1:1
QOL:
Səlçuk, 64 – Tvumasi, 62
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Münhenqladbax, Almaniya) – 4:2
QOL:
Silva, 16, Sterlinq, 80, 81, Boni, 85 – Korb, 19, Rafael, 43
 
“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:0
QOL:
Llorente, 65
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp