Avropa Liqasının qrup mərhələsinin 6-cı – son turu çərçivəsində "Qəbələ" evdə "Krasnodar"ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” matçın gec saatlarda, yəni 22:00-da başlamasını nəzərə alaraq, stadiona gələcək azarkeşlərə jest etmək niyyətindədi. 
Belə ki, klub Metropoliten İdarəsinə adıçəkilən qurumun oyun günü  gec bağlanması üçün müraciət edib. Belə də matç başa çatdıqdan sonra azarkeşlərin metro nəqliyyatından yararlanması mümkün olacaq. Əgər qarşı tərəfdən müsbət cavab gəlsə, Bakı Metropoliteni saat 02:00-a kimi işləyəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 10-da “Bakcell Arena”da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp