Son turun “Sumqayıt” – “Kəpəz” matçı başa çatdıqdan sonra dəhlizə aparan yolda iki komandanın futbolçuları arasında insident yaşanıb. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Tərlan Quliyev meydan sahiblərinə hesabda 2:1 önə keçdikdən sonra çoxsaylı simulyasiyalara əl atdıqlarına görə etiraz edib. 
Söz deyişməsi böyüyüncə, məsələyə hər komandanın məşqçiləri müdaxilə edib. “Sumqayıt”ın köməkçi məşqçisi Seymur Rəhimov və “Kəpəz”in baş məşqçisi Şahin Diniyev futbolçuarını sakitləşdirməyə nail olublar. Onlar oyunçularını paltardəyişmə otağına yollayaraq, mübahisənin böyüməsinin qarşısını alıblar.
Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması bərabərliklə 2:2 başa çatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp