Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo daha bir uğura imza atıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Çempionlar Liqasının (ÇL) qrup mərhələsində keçirilən "Real" – "Malmö" (8:0) matçında poker edib.
Ronaldo bu pokerlə ÇL-in qrup mərhələsində 11 qol vuran yeganə futbolçu olub.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildən İspaniya nəhəngində çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp