Sabah Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Krasnodar” görüşünə maraq azdı. Bunu satılan biletlərin sayından bilmək olar.
Futbolinfo.az xəbər verir ki, matça bir gün qalsa da, cəmi 1000-ə yaxın sahibinə qovuşub. Bu haqda saytımıza sözügedən klubun media və marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verib. Oyunun keçiriləcəyi “Bakcell Arena”nın 11 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq, satılan bilet sayı olduqca azdır.
Qeyd edək ki, sözügedən görüş sabah, saat 22:00-da, “Bakcell Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp