Türkiyənin "Karşıyaka" klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, ötən həftə klubdan icazə alıb, Azərbaycana gələn qolkiper geri qayıtmayıb. 
Ağayev İzmir klubunun ona borclu olduğu 35 min dollardan imtina edərək, komandadan ayrılıb. Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı çərçivə qoruyucusu Azərbaycan klubunda oynayacaq.
Qeyd edək ki, Kamran cari mövsümün əvvəlindən PTT 1-ci Liqa təmsilçisində çıxış edirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp