Topaz Premyer Liqasının son turunda “Rəvan”la bərabərə qalan (0:0) AZAL çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla Şüvəlanda növbəti – 16-cı turda öz meydanlarında qarşılaşacaqları “Xəzər Lənkəran”la görüşə hazırlaşır. 
Komanda gündə 1 dəfə məşqlərə çıxır. “Təyyarəçilər” sabahdan etibarən matçın başlama saatında – 15:00-da çalışmalarını davam etdirəcək. Tərlan Əhmədovun yetirmələri bu görüşə itkilərlə hazırlaşır. Belə ki, “sarı-qırmızılılar”la görüşdə sıradan çıxan Aleksandr Quruli dünən müayinədən keçib. Gürcü futbolçunun arxa bud əzələsində dartılma və ön bud əzələsində sıxılma var. 30 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək. O, ən yaxşı halda 2-ci dövrənin son turunda meydana çıxa biləcək. “Rəvan”la matçda zədələnən digər futbolçu – Qvanzav Maqomedov isə sabahdan məşqlərə qoşulacaq. 
Qeyd edək ki, komandanın heyətində daha öncə də Seymur Əsədov və Elmin Çobanov da zədəli idi. Adıçəkilən futbolçular uzun müddətdi ki, yaşıl meydanlardan kənardı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp