Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki dekabrın 14-də Olimpiya stadionunda görüş keçirəcək. Futbolinfo.az xəbər verir ki, xorvatiyalının toplantısında yığma komandaların Texniki Departamentinin rəhbəri Bernhard Lippert, Məşqçilər Komitəsinin üzvləri və Premyer Liqada çıxış edən klubların baş məşqçi iştirak edəcək. 
Görüşün məramı 2015-ci ilin yekunları, habelə milli komandalarımızla klublar arasında işbirliyinin möhkəmlədirilməsidi. Tədbirin saat neçədə başlanacağı barədə hələ ki, məlumat yoxdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp