“Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintananın futbolinfo.az saytına müsahibəsi:
– Sabah “Anderlext”ə qarşı həlledici oyuna çıxacaqsınız. Bu matça tam hazırsız?
– Avropa Liqasında asan matç yoxdur. Sabah bizim üçün çox böyük oyun olacaq. Həm rəqibin taleyi bu matçdan asıldır, həm də bizim. Hər iki komanda meydana mərhələ adlamaq üçün çıxacaq. Bu baxımdan gərgin matç olacaq. 
– “Qarabağ” növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə qazanmalıdır…
– Bunu hamımız dərk edirik. Fikrimcə, hər iki komanda meydanda hücum futbolu oynayacaq. “Anderlext”lə Brüsseldə oynamaq çox çətindir. “Tottenhem” hətta onların meydanında məğlub olmuşdu. Bu baxımından çox ciddi hazırlaşmışıq və istədiyimizi etmək üçün meydanda olacağıq.
– Şansınızı neçə faizlə dəyərləndirirsən?
– Faizindən asılı olmayaraq, şans var və bundan istifadə etmək bizdən asılıdır. Həqiqətən də növbəti mərhələyə çıxmaq istəyiriksə, vəziyyəti düzgün dəyərləndirməliyik. Yaxşı hücumlar qurub, müdafiədə də etibarlı çıxış etməliyik. Düşünürəm ki, çox işləməliyik. Meydanda istirahət etməməliyik. 
– Fransa mətbuatının yazdığına görə, “Monako” meydana əsas heyətlə çıxmayacaq. Bunu da onunla əlaqələndiriblər ki, onsuz da “Anderlext” “Qarabağ”a qalib gələcək…
– Bu onların fikridi və mən heç nə deyə bilmərəm. Düzdü, hər şey bizim əlimizdə deyil. “Monako” qalib gəlsə, biz qələbə qazansaq da, xeyri olmayacaq. Amma onların niyə belə açıqlama verdiklərini deyə bilmərəm. Sadəcə meydana çıxıb, öz işimizi görməliyik. Hər şeyə sabah aydınlıq gələcək. 
– Reynaldonun yoxluğunun “Qarabağ”ın sabahkı oyununa təsir edəcəyi ilə razılaşırsan?
– Reynaldo çox vacib oyunçudur. Komandada onun yeri hər zaman görünür. Gözləyirdik ki, tez sağalar, amma o, sabah bizimlə olmayacaq. İnanıram ki, digər futbolçular Reynaldonun yoxluğunu unutduracaq oyun sərgiləyəcəklər. İstədiyimizi əldə etmək üçün Belçikaya gəlmişik və bütün fikrimizlə buna çalışacağıq. 
– Hazırda komandada ab-hava necədir? Hər kəs növbəti mərhələyə keçəcəyinizə inanır?
– Komandada əhval-ruhiyyə əladır. Bütün fikrimizi oyuna yönəltmişik və inandığımız üçün buradayıq. İnanırıq ki, növbəti mərhələyə keçəcəyik.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp