Dekabrın 21-dən 25-dək “Dalğa Arena”da mini-turnir keçiriləcək. Futbolinfo.az xəbər verir ki, yarış 3 komandanın iştirakı ilə, dairəvi sistemlə baş tutacaq.
Turnirdə U-17, U-18 və U-20 yığmaları mübarizə aparacaq. Yarışın təşkilində başlıca məqsəd U-21 və U-19 yığmasına düşə bilməyən, amma ən yaxın namizəd sayılan futbolçuları nəzərdən keçirməkdi. U-17 yığmasına gəlincə, Yaşar Vahabzadənin komandası bununla Sankt-Peterburqda təşkil ediləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirə hazırlıq keçəcək.
Bütün komandalara ümumi nəzarət Məşqçilər Şurasına tapşırılıb. Eyni zamanda yığmamızın baş məşqçisi Robert Prosineçkinin köməkçiləri Elxan Abdullayevlə Mahmud Qurbanov da iş başında olacaqlar. Abdullayev U-20-yə, Qurbanov isə U-18-ə rəhbərlik edəcək.
Yarışın proqramına gəlincə, dekabrın 21-də ümumi iclas keçiriləcək və daha sonra komandalar məşq edəcəklər. Oyunların keçirilməsi isə dekabrın 22-i, 23-ü və 25-nə nəzərdə tutulub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp