Topaz Premyer Liqasının növbəti turunda “İnter”in qonağı olacaq “Sumqayıt” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla məşq edir.
“Kimyaçılar” görüşə itkisiz hazırlaşır. Yalnız Emin Mehdiyevin yüngül zədəsi var. Buna baxmayaraq, müdafiəçi axşam məşqində iştirak edəcək. 
Qeyd edək ki, “İnter” – “Sumqayıt” matçı ayın 11-i, saat 16:30-da, “İnter Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp