Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində sabah Bakıda “Qəbələ”nin qonağı olacaq “Krasnodar”ın baş məşqçisi Oleq Kononov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər Rusiya təmsilçisinin çalışdırıcısı paytaxtımıza qrup qalibi olmaq üçün gəldiklərini bildirib:
 
– Sabah əsas heyətə güvənəcəsinizmi?
– Əlbəttə, əsas heyətlə oynayacağıq.  Doğrudu, bir sıra futbolçumuz zədə üzündən sabahkı görüşdə iştirak etməyəcəklər. Söhbət Ari, Bıstrov və Torbinskidən gedir. Onlar bizimlə Bakıya gəlməyib.
 
– Bu oyuna gəlmək məcbureiyyətdən irəli gəlib? Axı, artıq turnir məbiqsədinizə çatmısınız…
– Əvvəlcə onu qeyd edim ki, biz qrup qalibi olmaq şansını saxlayırıq. Bu da növbəti mərhələdə səpələnmişlər sırasında yer almağımıza imkan yaradacaq. Eyni zamanda, ili major notda bitirmək istəyirik.
 
– Bıstrov və Torbinski heç son tur matçında oynamayıblar da. Onlar nə vaxt zədələndilər?
– Hər ikisi məşq zamanı zədələniblər. Ari isə “Kuban”la görüşdə əzələsini dartıb.
 
– “Spartak” və “Kuban”la görüşlərdə komandanız 5 qol buraxıb. Qışda müdafiə xəttini gücləndirmək yönündə transferlərin olunmasını rəhbərlikdən xahiş etməyəcəksiniz?
– Biz parlaq, hücum futboluna üstünlük veririk. Belədə, təbii ki, qapımız qarşısında da qol epizodları yaşanır. Ancaq biz də kifayət qədər təhlükəli hücumlar qururuq. Eyni zamanda. “Borussiya”ya qarşı oyun necə müdafiə olunmağı bacardığımızı göstərdi.
 
– “Qəbələ”yə qarşı oyundan sonra hansısa oyununu izləm isinizmi?
– PAOK-la oyununu da izləmişəm, çempionatdakı son turda qalib gəldikləri qarşılaşmasına da (“Xəzər Lənkəran”a qarşı – red.) baxmışam. Deməzdim ki, böyük dəyişiklik baş verib. Bizi çox ciddi oyun gözləyir.
 
– Bu oyunda hansısa yeniliklər etməyi düşünürsünüzmü?
– Qeyd etdiyim kimi, bu oyun bizim üçün çox əhəmiyyətlidi. Dediklərinizi yoxlama görüşlərində həyata keçirmək olar.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp