UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qəbələ” – “Krasnodar” (Rusiya) oyunundan əvvəl keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov da iştirak edib. Futbolinfo.az xəbər verir ki,  müdafiəçinin fikirlərini sizlərlə bölüşürük:
“Bu görüşdə meydana çıxacaq heyət müəyyənləşmədiyindən qarşılaşmada iştirak edib-etməyəcəyimi hələlik bilmirəm. Baş məşqçimiz şans versə, meydana çıxmağa hazıram. Belə olsa, var gücümlə mübarizə aparıb, əlimdən gələni edəcəyəm. “Krasnodar”ın oyununu ətraflı təhlil etmişik. Bu komandanın futbolçuları əks-hücumlar zamanı çox sürətlidir. Bu üzdən çox sayıq oynamalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp