Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxıb.
Ağdam klubu səfərdə "Anderlext"lə üz-üzə gəlib. 1/16 final mərhələsinə çıxmaq şanslarını saxlayan "Qarabağ"ı Belçikada çətin sınaq gözləyirdi. Çünki rəqib də qarşısına növbəti mərhələyə çıxmaq tapşırığı qoymuşdu. İstənilən halda təmsilçimizə ancaq qələbə lazım idi. Lakin bu 3 xal da "atlılar"ın növbəti mərhələyə adlamasına kifayət etməyə bilərdi. Ağdamlıların1/16 finala yüksəlməsi üçün artıq vəsiqəsi "cib"ində olan "Tottenhem" evdə "Monako"ya uduzmamalı idi. Sözügedən oyundakı heç-heçə belə təmsilçimiz üçün sərfəli nəticə idi. Çünki Qurban Qurbanovun komandası 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malik idi. Lakin rəqiblərinin sərfəli nəticəsinə də ehtiyac qalmadı və Aurban Qurbanovun yetirmələri 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırdı.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
J qrupu
"Anderlext" (Belçika) – "Qarabağ" (Azərbaycan) 2:1 
QOL: E. Nahar, 28, S. Okaka, 31 – D. Kintana, 26
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik, Roberto Ponis, Draqoslav Periç,  Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)
Brüssel. Konstant Vanden Stok stadionu
 
“Anderlext”: 1. Silvio Proto (q.) (k), 3. Olivye Deşaxt, 21. Fabris Nsakalya, 4. Kara Mboci, 7. Endi Nahar, 10. Dennis Prat, 30. Giyom Jiye, 31. Yuri Tilemans, 9. Matias Suares, 93. İmox Ezekil, 99. Stefano Okaka
Ehtiyat oyunçular: 33. Davi Ruf (q.), 14. Bram Naytinq, 24. Mixael Heylen, 17. İbraima Konte, 26. İdrissa Silla, 38. Endi Kavaya, 46. Dodi Lukbakio
Baş məşqçi: Besnik Hasi.
"Qarabağ": 13. İbrahim Şehiç (q.), 5. Maksim Medvedev. 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 70. Çumbinyo, 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev (q), 32. Elvin Yunuszadə, 8. Miçel, 11. Elvin Məmmədov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 29, Raydel Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
 
1. Tottenhem  6 4 1 1 12:6 13
     
2. Anderlext 6 3 1 2 8:6 10
     
3. Monako 6 1 3 2 5:9 6
     
4. Qarabağ 6 1 1 4 4:8 4
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp