Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda bugün “Qarabağ”la qarşılaşacaq  Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi oyun öncəsi fikirlərini söyləyib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı komandanın sabah bütün gücü ilə mübariz aparacağını bildirib.
Hasi rəqibin yaxşı təşkil olunmuş komanda olduğunu da vurğulayıb: "Qarabağ" həmişə yaxşı, təşkilatlanmış futbol sərgiləməyə çalışan komandadır. Rəqibin heyətində qapıya asanlıqla yol tapmağı bacaran futbolçular var. "Monako" və "Tottenhem" onlara qarşı sonadək mübarizə aparmalı oldular. Sabah bizim bir hədəfimiz var – pley-offa vəsiqə qazanmaq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp