Bu gün Avropa Liqasının qrup mərhələsini sonuncu turunda “Qarabağ”la qarşılaşacaq Belçikanın “Anderlext” klubunun futbolçusu Kara Mboc mətbuat konfransında fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Azərbaycan təmsilçisi ilə matç haqqında fikirlərini söyləyib. 
O, karyerasının ən önəmli matçına çıxdığını deyib: “Karyeramın ən önəmli matçına çıxacam. Biz növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik. Əvvəlcə yaxşı müdafiə olunmalı və lazım olan anda hücum etməliyik. Pis fikirləri başımızdan atmışıq. Daxili oyunlardakı uğursuzluğu da unutmuşuq. Bizim üçün bir məqsəd var – “Qarabağ”ı məğlub etmək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp