UEFA Millətlər Liqasının (ML) formatına aydınlıq gətirib. Bu yazıda futbolinfo.az qitənin ali futbol qurumunun yeni turnirinin Azərbaycana aid olan hissəsinin millimizə nə cür təsir edəcəyini araşdırmağa çalışacaq.
2018-ci ildə start götürəcək ML əksər yoxlama oyunlarını əvəz edəcək, habelə, meydana çıxan komandalara stimul verəcək. Avropanın 54 ölkəsi 15 noyabr 2017-ci ilin reytinq sıralamasına əsasən 4 səbətə bölünəcəklər (A, B, C, D). Hər tək ildə MK-nın qalibi müəyyənləşəcək. İlk turnirin qrup mərhələsi oyunları 2018-ci ilin sentyabrından noyabrınadək davam edəcək.
Hazırkı reytinq cədvəlinə əsasən, Azərbaycan Avropada 42-ci pillədə qərarlaşıb və bu nəticə 2017-ci ilin noyabrınadək yaxşılaşmasa, yığmamızın D səbətində qərarlaşacağını şərtləndirəcək. Ən zəiflərin qrupuna 16 yığma daxil ediləcək ki, bu da 41-54-cü pillələrdə yer alan komandalar deməkdi. Bu komandalar hər birində 4 yığma yer almaq şərti ilə 4 qrupa bölünəcək. Növbəti mərhələyə yalnız qrup qalibləri vəsiqə əldə edəcək. Hazırki reytinq cədvəlinə görə, bu qrupa daxil olan yığmaların adlarına baxdıqda az-çox diqqətçəkənlər Gürcüstan, Latviya, Kipr, Makedoniyadı. Ancaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan dəm vuran AFFA bu yığmalara da qalib gəlmək iqtidarında ola bilən kollektiv formalaşdırmaqda çətinlik çəkəcəksə…
D səbətində qərarlaşan qrupların qalibləri həm pley-offa vəsiqə əldə edəcək, həm də növbəti Millətlər Liqasının C səbətinin iştirakçılarına rəqib olmaq hüququ əldə edəcək. Bizi maraqlandıran Azərbaycanın C səbətinə yüksəlməsi yox, sırf qitə birinciliyinə vəsiqə əldə etməsi üçün şanslarını saxlamasıdı.
 
Komandamızla eyni səbətdə, lakin digər qruplarda yer alan 3 qrupun qalibi yarımfinala vəsiqə əldə edir. İki oyunun nəticəsinə görə finala çıxanlar isə burada qitə çempionatına vəsiqə qazanacaq qalibin adını müəyyənləşdirəcək. Göründüyü kimi, Millətlər Liqası Azərbaycan yığması üçün ən real şansdı. Bundan da yararlanmasaq, məşhur lətifədəki kimi, iki yolumuz qalır: ya, yadplanetlilər gəlib əvəzimizə vəsiqə əldə etməlidi, ya da planetdə futbol ancaq Azərbaycanda oynanılmalıdı.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp