Bu gün Azərbaycan futbolunun sönməz ulduzu Anatoli Banişevskinin haqq dünyasına köçməsindən 18 il ötür. Azərbaycan futbol tarixində silinməz iz buraxan “Baniş” 23 fevral 1946-cı ildə dünyaya göz açıb. Avropa Çempionatı – 1972-nin vitse-çempionu, dünya çempionatı – 1966-nın bürünc mükafatçısı, SSRİ çempionatı – 1966-nın bürün mükafatçısı, 3 dəfə SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasına daxil olmuş Anatoli Andreyeviç 51 yaşında – 10 dekabr 1997-ci ildə gözlərini əbədi olaraq, yumdu.
14 illik karyerası ərzində yalnız “Neftçi”nin şərəfini qorumuş “Banya” “ağ-qaralar”ın heyətində 288 oyuna çıxıb və 136 qola imza atıb. SSRİ yığmasının formasını 50 dəfə geyinən “9 nömrə” rəqib qapılarının torunu 19 dəfə silkələyib.
Allah rəhmət eləsin!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp