Topaz Premyer Liqasının 16-cı turunda evdə “Rəvan”la qarşılaşan “Kəpəz” ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın əsas müdafiəçisi Şəhriyar Əliyev zədələnib. 
Son turda “Sumqayıt”la matçda zədə alan Əliyev sabahkı oyunu buraxmaq məcburiyyətində qalacaq. Dizində şiş olan futbolçu fasiləyə qədər meydana çıxmaya da bilər. Buna sabah tam aydınlıq gələcək.
Qeyd edək ki, Gəncə klubunun aparıcı futbolçusu Dario Federiko da zədə səbəbindən bir müddətdi heyətdən kənardı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp