“Kamran Ağayevin komandamızla birgə məşq etməsi üçün heç bir problem yoxdu. Millimizin əsas qapıçısı üçün şərait yaratmaq bizim üçün xoşdu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.
Ağayevin dünən saytımıza verdiyi müsahibədə “icazə versələr, “Sumqayıt”ın məşqlərinə mane olmamaq şərti ilə, formamın bərpası üçün fərdi hazırlıqlar keçərəm”, deməsindən sonra aradığımız klub prezzidenti fikirlərini bu cür davam etdirib: “Kamran hələ ki, belə bir müraciət etməyib. Bəlkə də özünə daha yaxın bildiyi klubumuzun digər əməkdaşlarına deyib. Ancaq mənə hələ heç kim bu barədə məruzə etməyib. Belə bir məsələ qalxsa, heç bir maneəsiz, onun üçün ən yüksək şəraiti yaradarıq”.
Maraqlıdı, Quliyev hazırda klubsuz qalan qolkiperi komandasında görmək variantına necə baxır? Klub prezidentinin cavabı birmənalı oldu: “Kamran kimi əlcək sahibini komandasında görməyi kim istəməz ki!? Əlbəttə, biz buna ancaq şad olardıq! Amma büdcəmiz məhduddu. Demirəm pulsuz, imkanlarımız daxilində təklif edə biləcəyimiz şərtləri qəbul edəcəyi təqdirdə, Kamranı komandamızda görməkdən məmnun olardıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp