Bu gün  Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” evdə “Krasnodar”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, saat 22:00-da başlayacaq görüşə azarkeş marağı çox azdı.
Bunu satılan biletlərin miqdarına əsasən demək olar. Klubdan aldığımız məlumata görə sözügedən qarşılaşma üçün satışa çıxarılan 8500 biletdən 2000-i sahibinə qovuşub. Bu da təxminən 25 faizə bərabərdi.
Qeyd edək ki, biletlərin qiyməti yerlərə görə 2, 5 və 10 manatdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp