Bu gün “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 18 il ötür. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi, məşqçilər heyəti, futbolçular, veteran futbolçular Anatoli Banişevskinin ailə üzvləri ilə birlikdə mərhumun qəbrini ziyarət ediblər. 
Ziyarət zamanı əfsanəvi futbolçunun ailə üzvləri və veteran futbolçular Banişevski haqqında xatirələrini danışıblar.
Qeyd edək ki, Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bütünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinən “Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub. Allah rəhmət eləsin!
 
IMG 2561 - Futbolinfo.azIMG 2573 - Futbolinfo.azIMG 2575 - Futbolinfo.azIMG 2579 - Futbolinfo.azIMG 2585 - Futbolinfo.azIMG 2587 - Futbolinfo.azIMG 2601 - Futbolinfo.azIMG 2604 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp